Masallı şəhər ərazisində asfaltlanma işləri davam etdirilir
03 iyul 2021 | 16:00
03 iyul 2021-ci il tarixdə Masallı şəhəri ərazisində uzunluğu 320 metr olan Zeynalabdin Tağıyev küçəsində asfaltlanma işləri yekunlaşmışdır. Eyni zamanda uzunluğu 600 metr olan İntiqam Əsgərli küçəsində yol yatağının asfalta hazırlığı ilə əlaqədar çınqıl materialının verilməsinə, qreyderlə hamarlanma işlərinə başlanılmışdır.
Hazırda Masallı şəhərində asfaltlanma işləri ardıcıl olaraq davam etdirilir.