İsgəndərli kənd orta məktəbində 20 yanvar şəhidləri anıldı
Masallı rayon İcra hakimiyyəti başçısının 27 dekabr 2012-ci il tarixli 256 saylı sərəncamı ilə təsdiq edilmiş 20 yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq rayonda bir sıra silsilə tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərdən biridə 18 yanvar 2013-cü il tarixdə İ. Zülalov adına İsgəndərli kənd tam orta məktəbində ”Yanvar faciəsi-23” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə İ. Zülalov adına İsgəndərli kənd tam orta məktəbinin direktoru Yeganə İsmayılova açaraq Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsinin Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardığını, öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçisi Tarıyel Əzizov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Sovet ordusunun Azərbaycana qarşı hərbi əməliyyatları nəticəsində dinc əhalinin vəhşicəsinə qətlə yetirildiyini qeyd etmişdir. Natiq çıxışında Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olanların ruhunun anılmasını hər bir Azərbaycanlının insanlıq borcu olduğunu qeyd etdi.
Sonda şagirdlərin ifasında ədəbi bədii kompazisiya göstərilmişdir.