«YAŞIL QIZIL»IN MƏHSULDARLIĞINI ARTIRMAQ ÜÇÜN…
05 iyul 2021 | 16:00
Ötən əsrin 90-cı illərindən rayonda təcrübəli çayçılıq təsərrüfatı kimi tanınan Tüklə kəndində bu sahənin yenidən inkişafına maraq artır. Ölkə Prezidenti cənab İlham Əliyevin çəltikşiliyin, sitrusçuluğun və çayçılığın inkişaf etdirilməsi ilə bağlı tövsiyə və göstərişlərindən ruhlanan tükləlilər keçən ildən bəri 10 hektar sahədə yeni plantasiya salmağa nail olmuşlar.
Fermerlərdən Təbib Mehtiyev 5, Seyran Nəcəfov 3 və Əbdül İsmayılov 2 hektar sahədə çay şitili əkmişlər. Şitillərin normal inkişafını təmin etmək, plantasiyaların gələcək məhsuldarlığını yüksəltmək üçün hazırda sahələr mütəmadi suvarılır.
Fermerlər ötən il dövlət tərəfindən əsaslı təmir olunmuş bəndlərin suyundan istifadə edirlər.