Masallı komandası Respublika turnirinin mükafatçısıdır
Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirində məktəbimizin idmançıları uğurlu nəticə göstərdilər.
Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə bu ilin may-iyun aylarında keçirilən yarışlarda məktəbimizin şagirdləri atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş) idman növləri üzrə fərqləndilər. Belə ki, voleybolçularımız birinci, atletlərimiz isə ikinci yerə sahiblənməklə hər iki növ üzrə respublika turnirinin final mərhələsinə vəsiqə qazandıq.
Olimpiya sistemi üzrə altı zonada keçirilən turnirdə dörd idman növü üzrə ümumilikdə respublikanın bütün rayon və şəhərindən 2000-dən çox məktəbli iştirak edirdi.
Respublika Olimpiya Mərkəzində təşkil olunan atletika idman növü üzrə final yarışlarında (18-19 iyun) Masallı idmançıları 12 komanda arasında dördüncü yerə sahib oldu. Qeyd edək ki, komandamızı liderdən beş xal ayırırdı. Atletlərimizi yarışlara məşqçilər Çingiz Qasımov və Nəbi Lələyev hazırlayıb.