Şriftin ölçüsü :

Saytın rəngi :

Müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsinə başlanıb

06 iyul 2021 | 16:00

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsinə start verilib.

İmtahanların ilk günündə fizika və informatika fənni üzrə 2000-dən çox namizəd iştirak edib.

Qeyd edək ki, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Masallı, Bakı, Abşeron, Sumqayıt, Gəncə, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir.

Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.

Xatırladaq ki, müsabiqəyə müraciət edənlərdən 59 min 171 nəfərin ərizəsi isə qəbul olunub.

Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərib və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir. Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək.

Keçidlər