Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı RİH başçısı təzə asfalt döşənmiş küçələrə baxış keçirdi

07 iyul 2021 | 16:00

07 iyul  2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ara məsafəsi gözlənilməklə asfalt vurulan  küçələrə baxmış, görülən son işlərlə tanış olmuşdur.
Məumat üçün bildirirk ki, cari ildə şəhərimizin 22 küçəsinə asfalt örtüyü döşənməsi reallaşır. Yaxın günlərdə bütün küçələrə-asfalt döşənməsi işi başa çatdırılacaqdır. Söhbət şəhərin 22-Həsən Əliyev, Nizami Gəncəvi, Səməd bəy Mehmandarov, Zəlimxan Yaqub, Xətai, Xəlil Rza Ulutürk, Əhməd Rəcəbli, Z.Tağıyev, Şirvani, Cavanşir (döngə 1), Aşıq Alı, Azərbaycan (döngə 1), Azərbaycan (döngə 2), Yusif Məmmədəliyev,  Təbriz (döngə 1), Təbriz (döngə 2), Abbas Səhhət, İntiqam Əsgərli, Qarabağ (döngə 4), Zərifə Əliyeva (döngə 1), Səttar Bəhlulzadə küçələrində və Heydər Əliyev prospektində (döngə 3) asfalt döşənməsindən gedir.

Keçən il Masallı şəhərinin müxtəlif istiqamətlərində 20-yə yaxın küçəsinə asfalt döşənib.

Cari ildə də bu işlər uğurla davam etdirilir. Abadlıq-quruculuq işləri geniş vüsət alıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən indi rayonun hər yerində qızğın inşaat işləri gedir, yollar təmir olunur və yenidən asfaltlanır. Əlbəttə yol mədəniyyət nümunəsidir. Bu sahədə Masallıda son illər görülən işlər ürək açır. Bu məqsədlə icra başçısı vaxtlı-vaxtında görülən işləri şəxsən izləyir, yerində tanış olur və lazımi tapşırıqlarını verir. Artıq bu, Masallıda ənənə şəklini almışdır.
Bu gün də belə oldu. Rayon rəhbəri asfaltı döşənmiş Z.Tağıyev, Araz Seyfullayev, Cavanşir (döngə 1), Elşad Hüseynov, Səttar Bəhlulzadə, Yusif Məmmədəliyev, Zəlimxan Yaqub küçələrini gəzib, yolun həmin hissəsində işlərlə tanış olmuş, yol inşaatçıları rayon rəhbərinə gördükləri keyfiyyətli işlərdən söhbət açmışdır.
Sözügedən yollarda asfaltlama işləri yüksək keyfiyyətlə görülüb qurtarıb. Amma, küçələrin ətrafındakı zibilliklərlə əlaqədar sakinlərə xəbərdarlıq edilmiş, təmiz, baxımlı küçələrin bu cür vəziyyəti acınacaqlıdır. Sakinlər həmin zibilliklərin tez bir zamanda təmizlənməsı və nöqsanların aradan qaldırılmasını bildirmişlər.
Rayon rəhbəri vətəndaşlara və əlaqədar məsul şəxslərə müraciət edərək gələcəkdə belə halların baş verməməsi üçün yolların və qapılarının ətrafını təmiz saxlamağı tövsiyə etdi.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşları öyrəndilər ki, ötən il Masallıda 34.867 kvadratmetr, cari ilin birinci yarımilində 20-yə yaxın küçəni əhatə edən 37.993 kvadratmetr yol səliqəyə salınıb, asfalt vurulmuşdur.
Küçələri abadlaşmış sakinlərdən ağsaqqal Mirsalam Əliyev, Elsevər Seyfullayev, Cəbrayıl Mehbalıyev, Ramal Əliyev, Teymur Seyfullayev, şəhid anaları-Fatimə Qasımova, Gülarə Nefesova və başqaları rahat yollara görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, icra başçısı Şahin Məmmədova, katokçu-sürücülər Beytulla Kərimov, Tural Teymurov, tanınmış və təcrübəli yol inşaatçıları Xudayar Rəhimov və Mahmud Bağırova minnətdarlıq bildirmiş, ərazilərindəki asfalt örtüyünün döşənməsini təqdirəlayiq hadisə hesab etmişlər. Bildirmişlər ki, çox sevindirici haldır.

Hazırda Masallı şəhərində asfaltlanma işləri davam etdirilir.

Keçidlər