Ərkivan qəsəbəsində uşaq bağçasının tikintisi sürətlənir
Xəbər verdiyimiz kimi Ərkivan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni inşa olunacaq uşaq bağçasının tikintisi sürətlə davam edir. Tikinti obyektində inşaatçılar işlərini günün tələbləri səviyyəsində yerinə yetirir, uşaq bağçasının tikintisini gündən-günə sürətləndirirlər.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı bu gün, 8 iyul 2021-ci il tarixdə həmin obyektə olmuş, görülən işləri qələmə almış və fotolarını çəkmişdir. Qeyd olunur ki, Masallı rayonunun Ərkivan qəsəbəsində100 yerlik uşaq-tərbiyə müəssisəsinin tikintisinə cari ildə, 10 may 2021-ci il tarixdən başlanmışdır. İkimərtəbəli bağçada uşaqların əylənməsi üşün hər cür şərait yaradılacaqdır.
Qeyd edək ki, təməli qoyulan uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə tanınmış masallılı sahibkarlar Qalib Məmmədov və Qasıməli Qasımov tərəfindən inşa olunur. Sahibkarların hər iki əslən bu qəsəbənin sakinləridir. Onların xeyirxah əməlləri ölkəmizdən kənarda da tanınır, rəğbət bəslənilir.
Tikinti obyektində işlər gündən-günə sürətlənir.