Torpaq-uğrunda ölən varsa Vətəndir
Masallı Rayon Mərkəzi Kitabxanasının əməkdaşları və oxucular Vətən torpaqlarımızın azadlığı uğrundakı döyüşlərdə şəhid olan igidlərə həsr edilmiş ədəbi-bədii gecələr təşkil edir, yaralanmış qazilərlə vaxtaşırı görüşlər keçirir, onların problemləri ilə maraqlanırlar. Kitabxana əməkdaşları canını Vətən yolunda fəda etməyə hər an hazır olan mərd oğullarımıza xüsusi qayğı ilə yanaşır, onlara imkanları çərçivəsində müvafiq köməklik göstərirlər.
Belə xoş rəftarlı anlardan birini Qalib Zəfər Ordusunun qəhrəmanı olan qazi Fikrət Cəlil oğlu Yaqubzadə yaşamışdır. O, rayon Mərkəzi Kitabxanasına gələrək, özünün maraq dairəsinə uyğun kitablara abunə yazılıb, burada stollara qoyulmuş qəzet-jurnallarla, müxtəlif mədəni-maarif işləri ilə yaxından olmuşdur. Bu işdə qazimizə kitabxanaçılar mədəni xidmət göstərmişlər.
İkinci Qarabağ müharibəsi zamanı keçdiyi şərəfli döyüş yolu haqqında təəssüratlarını bölüşən F.Yaqubzadə, kitabxanada təşkil olunmuş “Torpaq — uğrunda ölən varsa Vətəndir ” mövzusunda sərgiyə baxış keçirib, həmin sərgiyə və ona göstərilən diqqətə və qayğıya görə kitabxana əməkdaşlarına minnətdarlıq bildirib.
Axırda xatirə şəkilləri çəkdirilib.