Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər və idman naziri Masallıda vətəndaşları qəbul edib

16 oktyabr 2015 | 15:00

16 oktyabr 2015-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Gənclər və idman naziri Azad Rəhimov Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı rayonları və Lənkəran şəhərindən olan vətəndaşları qəbul edib.

Qəbulda idman sahəsində edilən müraciətlər sırasında fəxri adların verilməsi, idman qurğularının avadanlıqlarla təchiz olunması, olimpiya idman komplekslərinin, idman qurğularının tikilməsi və təmiri, idmançıların beynəlxalq yarışlarda iştirakı və məşqçi dərəcələrinin verilməsi, qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin dəstəklənməsi, beynəlxalq təlimlərdə iştirak, yay istirahət düşərgələrinin təşkili, gənclər mərkəzlərinin tikintisi və təmiri gənclər sahəsinə aid əsas müraciətlərdən olub.

Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, sahibkarkarlara güzəştli kreditlərin ayrılması, işlə təminat və şəxsi məsələlərlə bağlı olub.

Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması tələb edən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Keçidlər