Xırmandalı kəndində su kanallarında təmizləmə işləri aparılır
Xırmandalı kəndi ərazisində su kanallarında təmizləmə işlərinə başlanıb.
Masallı rayon Xırmandalı kəndi ərazisində su kanalları məişət tullantılarından təmizlənməsi işinə başlanılıb.
Ənənəvi şəkildə aparılan kənd təsərrüfatı sahəsinə kömək işləri fəal vətəndaşların hesabına həyata keçirilir.
Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Yusifovun Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşına verdiyi məlumata görə son bir neçə illər ərazidə, yay vaxtları kənddə su qıtlığı yaranır. Buna səbəb ərazidən keçən su kanallarının məişət tullantıları və artıq torpaqla dolu olması olur. Ona görə də Masallı rayonunun Xırmandalı İƏD üzrə nümayəndəliyi və Viləşçay Su Anbarı İstismarı İdarəsinin ekskovatorçuları həmin işi vaxtlı-vaxtında yerinə yetirilməyə təşəbbüs edirlər. Su inşaatçılarının gördüyü işlər göz oxşayır.
Kənd sakinləri məhz mühüm təsərrüfat işinlərində dəstək olduqlarına görə Viləşçay Su Anbarı İstismarı İdarəsinin kollektivinə minnətdarlıq edirlər.