Masallı şəhər ərazisində asfaltlanma işləri davam etdirilir
11 iyul 2021 | 16:00
Masallı şəhəri ərazisində uzunluğu 550 metr olan Xəqani Şirvani küçəsində asfalt örtüyünün vurulması tam yekunlaşıb, uzunluğu 700 metr olan Xəlil Rza Ulutürk küçəsində 1-ci qat asfalt örtüyü vurulmuşdur. Masallı şəhərində nəzərdə tutulan küçələrin asfaltlanma işləri tam yekunlaşmaq üzrədir.
Hazırda Masallı şəhərində asfaltlanma işləri ardıcıl olaraq davam etdirilir.