Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Qəhrəmanlarımızı tanıdaq” layihəsi davam edir

11 iyul 2021 | 16:00

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Qəhrəmanlarımızı tanıdaq” layihəsinin qonağı II Qarabağ müharibəsinin iştirakçısı, Qazi Nəcmin Cabbarov ilə onlayn görüş keçirilmişdir.

Vətənin azadlığı yolunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükut ilə yad edilmişdir.

Tədbirdə II Qarabağ müharibəsinin iştirakçısı,Qazi Cabbarov Nəcmin çıxışında qeyd etmişdir ki,44 gün davam edən Vətən Müharibəsi Böyük Qələbəmizlə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi.Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğu, otuz ilə yaxındır yurd həsrəti ilə yaşayan məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıtmasına imkan yarandığını sevinc və qürur hissi ilə qeyd etmişdir.

Vətən müharibəsi iştirakçısı,Qazi Nəcmin Cabbarov II Qarabağ savaşında keçdikləri döyüş yolları haqqında məlumat verib. Müharibə getdiyi günlərdə yaşadıqları hissləri görüş iştirakçıları ilə bölüşüb.Gənclərdə vətənpərvərlik hisslərinin daha da güclənməsi üçün öz tövsiyələrini verib, gənclərin maraqlandıran suallarını cavablandırıb.

Keçidlər