Masallıda tütün yığımına başlanılıb
Masallıda ilk dəfə 2015-ci ildə 14 hektarda tütün əkilib. 2019-cu ildə rayonda tütün əkin sahələri genişləndirilərək 35 hektara çatdırılıb. Məhsul istehsalçıları Şəki şəhərində fəaliyyət göstərən tədarük məntəqəsinə 57,2 ton qurudulmuş tütün təhvil veriblər.
Qeyd edək ki, hər il tütün əkin sahələri genişləndirilir. Cari ildə rayonda 53 hektar sahədə tütün əkilərək əkin aqrotexniki qaydalar əsasında başa çatdırılıb.
Masallı rayonunun bir neçə kəndində tütün yığımına başlanılıb.
Rayon üzrə 40-dan çox fermer 53 hektar sahədə tütün yetişdirir. Əsasən “Berley”, “Trabzon”, “İmmenium” növlərinə üstünlük verilib.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı qeyd edir ki, 12 iyul 2021-ci il tarixdə Xirmandalılı fermer Məhərrəm İbrahimova məxsus 3,8 hektar sahədə ilk məhsul yığımına başlanıb.
Tütün yığımı oktyabrın sonunadək davam edəcək.