Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda indiyədək 39 min tondan çox tərəvəz istehsal olunub

12 iyul 2021 | 16:00

    Bu il Masallı rayonunun torpaq mülkiyyətçiləri 2001.3 hektar sahədə tərəvəz bitkiləri əkiblər. Hazırda təsərrüfatlarda tərəvəz yığımı davam edir. İndiyədək 1943.3 hektar sahənin məhsulu yığılıb, 39 min 196 ton tərəvəz istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 202.0 sentner təşkil edir.

Masallı Rayon Statistika İdarəsindən verilən məlumata göprə mövsümün əvvəlindən indiyədək rayonda 9169.9 ton xiyar, 10520.0 ton pomidor, 501 ton kələm,  1677.9 ton baş soğan, 17327.2 ton sarımsaq və digər tərəvəz məhsulları istehsal olunub.

Təsərrüfatlarda kartof və bostan bitkilərinin yığımı da davam edir. Fermerlər indiyədək sahələrdən 15530.8 ton kartof, 1590.2 ton bostan məhsulları yığıblar.

Keçidlər