Şriftin ölçüsü :

Saytın rəngi :

“Tariximizi Yaşat” mövzusunda onlayn görüş

13 iyul 2021 | 16:00

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Tariximizi Yaşat” mövzusunda gənclərin iştirakı ilə onlayn görüş keçirilmişdir. Tədbirdə Psixoloq, Təlimçi Ramal Şükürov çıxışında bildirmişdir ki, Azərbaycan Respublikasının öz müstəqilliyinə qovuşması ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində islahatların aparılmasını zəruri etmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev 1993-cü ildə respublika Prezidenti seçildikdən sonra bu islahatları ardıcıl şəkildə həyata keçirməyə, ölkəmizin beynəlxalq mövqeyini qorumağa, daxili vəziyyətini stabilləşdirməyə yönəldilmiş tədbirlər görməyə başladı. Bu sahədə görülən mühüm işlərdən biri də qanunvericilik aktlarının yaradılması idi. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilən Konstitusiyası çoxsaylı qanunların yaranması üçün təməl oldu.

Psixoloq Ramal Şükürov qeyd etmişdir ki, Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 2002-ci ildə Azərbaycan Abidələrin Bərpası, Konservasiyası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olundu. Azərbaycanın dövlət əhəmiyyətli abidələri Şirvanşahlar saray kompleksi və Qız qalası da daxil olmaqla, İçərişəhər YUNESKO-nun “Dünya mədəniyyəti irsi” siyahısına salındı. Xalqımızın ümummilli liderinin tarix və mədəniyyət abidələrinin qorunmasının, Azərbaycan xalqının tarixinin milli konsepsiya baxımından öyrənilməsinin zəruriliyi ilə bağlı dəyərli tövsiyələri bu gün də ölkəmizdə aparılan milli-mədəni irsə varislik siyasətinin başlıca prinsiplərini təşkil edir.

Qədim diyarımız Naxçıvanda da tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı xeyli işlər görülmüşdür. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qayğısı və tövsiyələri əsasında Əshabi-Kəhf ziyarətgahında təmir-bərpa işləri aparılmışdır

Keçidlər