Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda süni mayalandırma

14 iyul 2021 | 16:00

Masallıda süni mayalandırma yolu ilə son altı  ayda 1210 baş buzov alınıb
Masallı  rayonunda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir və son illər mal-qaranın cins tərkibini süni mayalandırma yolu ilə daha məhsuldar heyvanlarla dəyişdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.
Rayon statistika idarəsindən verilən məlumatda bildirilir ki, təkcə 2021-ci ilin ilk altı ayında 1048 baş inək və düyə süni yolla mayalandırılıb, 1210 baş cinsi yaxşılaşdırılmış bala alınıb.
Qeyd edək ki, rayonda hazırda 5-i əsas olmaqla , 5 süni mayalandırma məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrdə təcrübəli, peşəkar mütəxəssislər işləyirlər. Doğulan hər bir buzova görə dövlət tərəfindən verilən subsidiya fermerlərin və fiziki şəxslərin inək və düyələrin süni mayalandırılmasına marağını artırıb.

Keçidlər