Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq hüquqları aylığı

21 oktyabr 2015 | 15:00

21 oktyabr 2015-ci il tarixdə Masallı şəhər 4 saylı tam orta məkəbində “Uşaq hüquqları” aylığı çərçivəsində maarifləndirmə tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə Masallı şəhər 4 saylı tam orta məkəbin direktoru Namik Ağayev açaraq görüşün mahiyyəti barədə məlumat verdi və qeyd etdi ki, hər il ənənəvi olaraq keçirilən bu tədbirlər uşaq və yeniyetmələr arasında intellektual səviyyənin artmasına, elmi dünyagörüşün formalaşmasına müsbət təsir göstərir.
Masallı Rayon Polis Şöbəsi YYÇİHM üzrə bölmənin əməkdaşı polis baş leytenantı Vüqar Əsgərov, RİHB aparatının böyük məsləhətçisi, YYÇİHM üzrə komissiyanın məsul katibi Ceyhun Bəşirov, RİHB aparatının baş məsləhətçisi Nigar Kərimova,  RİHB aparatının baş məsləhətçisi Nuranə Əliyeva, rayon təhsil şöbəsinin təmsilçisi Münəvvar Əzimova, RPŞ-nin əməkdaşı polis mayoru Cavid Məmmədov çıxışlarında şagirdlər arasında aparılan ideya-tərbiyə işinin əhəmiyyətini xüsusi vurğulayaraq bildirdilər ki, belə tədbirlər uşaqların maraq və mənafelərinin qorunmasına xidmət edir.
Məktəblilərin bacarıq və yaradıcılıq qabiliyyətinin inkişafı, istirahət və asudə vaxtının səmərəli təşkili baxımından da bir sıra təkliflər irəli sürüldü.

Keçidlər