Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda müstəqillik günü qeyd olundu

17 oktyabr 2015 | 15:00

17 oktyabr 2015-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində dövlət müstəqilliyi gününə həsr olunmuş tədbir keçirilmişdir.
Yığıncağıı Masallı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülşən Xəlilova açaraq 1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbulunu diqqətə yönəltdi. O, xalqın illər boyu özündə yaşatdığı istiqlal ideyasını kerçəkləşdirən tarixi şəraitdən, müstəqillik uğrunda aparılan mübarizədən və bu müstəqilliyin qorunub möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin tarixi rolu haqqında geniş məlumat verdi. G.Xəlilova  bildirdi ki, son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət sayəsində respublikamızın regional və qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artmış, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmış və Azərbaycan mötəbər beynəlxalq tədbirlərin, nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Azərbaycanın yüksək inkişafını bizim rayonun timsalında da görmək olar.
Masallı şəhər 1 saylı tam orta məktəbinin direktor müavini Sahil Fərzəliyev, rayon əmək və müharibə veteranları Şurasının sədri Məmmədağa Şiriyev, Qızılavar kənd tam orta məktəbinin müəllimi Lətifə Qənbərzadə, Ərkivan qəsəbə 4 nömrəli məktəbin gənc müəllimi Aytac Quliyeva və başqaları müstəqillik yolunda Azərbaycan xalqının çoxillik mübarizə tarixindən və onun qorunmasında Heydər Əliyevin müstəsna rolundan söhbət açmışlar.

Keçidlər