Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 22 İyul – Milli Mətbuat Günü

22 iyul 2021 | 16:00

22 İyul 2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti ənənə üzrə 22 iyul - Milli Mətbuat Gününü kütləvi informasiya vasitələrinin rayon mətbuatı və Cənub bölgəsi üzrə müxbirləri ilə birgə qeyd edib. Bu münasibətlə ara məsafəsio gözlənilməklə tədbir keçirilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Məmmədhüseyn Hüseynov toplantıda çıxış edərək, rayon rəhbəri cənab Şahin Məmmədovun rayon və respublika mətbuatında fəaliyyət göstərən jurnalistlərə Milli Mətbuat Günü ilə bağlı salamlarını və təbriklərini çatdırıb, 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsindən, 30 ilə yaxın işğalda qalan torpaqlarımızın 44 gün ərzində azad edilməsindən söhbət açıb. Natiq qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsi zamanı hər kəs qalibiyyət üçün əzmlə çalışır, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək qətiyyət məqsədi qoymuşdu. Belə insanların arasında kütləvi informasiya vasitələrinin rayon və respublika qəzetlərinin, teleradioların bölgə müxbirləri, eləcə də operatorlar xüsusi fəallıq nümayiş etdiriblər. Media nümayəndələri Azərbaycan xalqına, ictimaiyyətə dəqiq və qərəzsiz informasiyaların vaxtlı-vatında yayımlanması istiqamətində əzmkarlıq göstəriblər.

Masallı İctimai Şurasının sədri, «Tərəqqi» medallı veteran jurnalist Əyyub Mehdiyev isə çıxışında mətbuat əməkdaşlarını 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib, əsası dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın Azərbaycan xalqının formalaşmasında, ictimai fikir tariximizdə oynadığı misilsiz roldan söhbət açıb, uzun illər çalışdığı həftəlik «Yeni həyat» (Masallı) qəzetinin tarixinə səyahət edərək, qəzetin 1932-ci ildən nəşrə başladığı redaktor və müxbirləri barədəki insanları xatırlayaraq, 44 günlük Vətən müharibəsində jurnalistikanın, xüsusən də bölgələrdə fəaliyyət göstərən jurnalistlərimizin rolunu qeyd edib.-Yurnalistika, qəzetçilik ən çətin peşədir. Çox yaxşı haldır ki, «Yeni həyat»ın azsaylı kollektivi əvvəlki ənənələri qoruyub saxlayır, çətin pandemiya dövründə region mətbuatının önündə gedir, ictimai fəalların qüvvəsindən istifadə edir.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı qeyd edir ki, tədbirdə «Masallı ziyalıları» İctimai Birliyinin sədri, «Tərəqqi» medallı Qardaş Fətullayev, Az.TV-nin xüsusi müxbiri Pərvanə Əliyeva, Əməkdar Jurnalist, AZƏRTAC-ın bölgə müxbiri Bağır Əliyev, «Azərbaycan» qəzetinin bölgə müxbiri Seyran Cavadov, «Xalq qəzeti»nin bölgə müxbiri Əli Nəcəfxanlı, "Respublika" qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, ARB-nin xüsusi müxbiri İsmayıl Cəfərli, həftəlik «Yeni həyat» (Masallı) qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov, «Asiya.az» xəbər portalının rəhbəri Cəfər Cəfərov, «Cənubun səsi» xəbər portalının rəhbəri Mərhəmət Lələyev, «Yeni həyat» qəzetinin məsul katibi, AYB-nin rayon təşkilatının sədri Həsənağa Əliyev, «Yeni həyat» qəzetinin ədəbi işçisi Akif Ağayev və başqaları dövlətə, dövlətçiliyə, xalqa sədaqətlə xidmət edən jurnalistlərin çətin, məsuliyyətli vəzifələrinin öhdəsindən layiqincə gəlməyindən, pandemiya dövründə media təmsilçilərinin fədakarlığından, Masallı Rayon İcra Hakimiyyəti, rayon qəzeti saytının tez-tez yenilənməsi, saytlara xəbərlərin operativ və vaxtında yerləçdirilməsindən söhbət açıblar. Bildiriblər ki,  Qarabağ müharibəsində 20-dək jurnalist şəhid olub. Vətən müharibəsi günlərində istər yerli, istərsə də bölgə, rayon mətbuatı, informasiya, jurnalistika fəal rol oynadı.
Masallı RİHB-nin müavini Aybəniz Qafarova jurnalistləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib, onlara cansağlığı arzuladı. A.Qafarova 20-dən yuxarı jurnalistin mükafatlandırılması barədə rayon rəhbərinin sərəncamını oxudu.
Həmçinin bildirilib ki, 22 İyul - Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə keçirilən görüş Masallıda ənənə halını alıb və RİHB aparatı mətbuatla əməkdaşlığa daim böyük önəm verir. Masallı RİHB bundan sonra da əməkdaşlığın güclənməsinə maraqlıdır.
Jurnalistlər görüşə və onların çətin əməyinin mükafatlandırılmasına görə ölkə rəhbərinə, icra başçısına minnətdarlıq bildirdilər.
Axırda Heydər Əliyev Mərkəzinin önündə xatirə şəkli çəkdirilib.

Keçidlər