Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya yox deyək!” devizi ilə budo döyüş növü üzrə klublararası açıq turniri

24 iyul 2021 | 16:00

“Narkomaniyaya yox deyək!” devizi ilə budo döyüş növü üzrə klublararası açıq turnir keçirilib


Astara Olimpiya İdman Kompleksində rayon Gənclər və İdman İdarəsinin, Polis Şöbəsinin və şəhid Pəncəli Teymurov adına Astara Budo Döyüş Növləri Klubunun birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” devizi ilə budo döyüş növü üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında klublararası açıq turnir keçirilib.

Tədbir iştirakçıları Astara Olimpiya İdman Kompleksinin foyesində Astara Rayon Dövlət Rəsm Qalereyasında rəsm və əl işləri üzrə dərnəklərdə təhsil alan yaradıcı yeniyetmə və gənc rəssamların “Narkomaniyaya yox deyək” mövzusunda əsərlərinin sərgisi ilə tanış olublar.

Yarışlar beynəlxalq budo döyüş qaydalarına uyğun olaraq Full kontakt, Free kontakt, Qrapplinq döyüş sistemlərində müxtəlif yaş və çəki dərəcələri üzrə keçirilib.

Açıq turnirdə Masallıdan da olan 2 komanda tərkibində idmançılar fəxri yerlər uğrunda mübarizə aparıb.

Müxtəlif çəki dərəcələrində I, II və III yerlərə sahib olan idmançılar təşkilatçıların birgə təsis etdikləri diplomlar və medallarla təltif olunublar.

Keçidlər