Masallıda ictimai xidmət obyektlərində reydlər keçirilib
Masallıda COVID-19 pasportu olmayanlar toylara buraxılmayıblar. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanuna müvafiq qaydada icazə verilən şadlıq evlərində yoxlamalar keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı şadlıq evlərinin rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, doğum günü və digər mərasimlərin keçirilməsi barədə qərarlarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü onların diqqətinə çatdırılıb.
Şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların COVID-19 pasportları yoxlanılıb. Qonaqlar arasında peyvənd olunmayan şəxslər toy mərasiminə buraxılmayıblar.
Polis əməkdaşları vaksinasiyadan keçməyən vətəndaşlarla profilaktiki söhbətlər apararaq mövcud qaydalara riayət etmələrinin vacibliyini vurğulayıblar.