Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər və İdman Nazirliyinin yaranma günü ilə bağlı tədbir

28 iyul 2021 | 16:00

Gənclər və İdman Nazirliyinin yaranma günü ilə bağlı tədbir keçirilib

      Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənclər evi” sosial xidmət müəssisəsində  COVİD-19 pandemiyasına qarşı əsas müdafiə tədbirlərini nəzərə alaraq ,  “26 iyul – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranma günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

     Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov açaraq bildirib ki, 26 iyul Azərbaycan Gənclər və İdman Nazirliyinin yaranma günüdür. 27 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin Fərmanına əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılıb: "1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 1997-ci ildə 2 fevralın Azərbaycan Gəncləri günü elan edilməsi, çoxsaylı Dövlət proqramlarının qəbulu, 1999-cu ildə Dövlət Gənclər Siyasəti haqqında Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Qanunun qəbulu ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısının sübutudur.Prezident İlham Əliyevin 2007-ci ili “Gənclər ili” elan etməsi də onların gənclərin ölkə həyatında fəallığını xeyli artırmışdır. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Bölgələrdə Olimpiya komplekslərinin açılması, Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiadalarda, dünya çempionatlarında uğurla çıxış etməsi buna əyani sübutdur.

     Tədbirdə Masallı rayon Ehtiyyatda olan zabitlər konfedirasiyasının sədr müavini I və II Qarabağ müharibəsinin  iştrakçısı  ehtiyyatda olan zabit Camaləddin Məmmədov ,İdmançı qazi Hüseynov Tosif çıxış edərək keçdikləri döyüş yolundan danışaraq hər zaman vətənin müdafiəsinə hazır olduqlarını bildirdilər.

        Tədbirdə Uşaq-Gənclər İdman Şahmat məktəbinin direktoru Əlfağa Yaqubov, Əməkdad məşqçi Xanağa Quliyev, məşqçi-müəllimlərdən Sadiq Ağayev , Qismət Əkbərov, Ramik Məmmədov, Ramil Həsənov ,idmançılardan Rahid Vəliyev və Heydərəli Quliyev çıxış edərək tədbir iştrakçılarını təbrik etmiş və gələcək işlərində uğurlar arzulamışlar.

    Tədbirin sonunda bir qrup məşqçi-müəllim və nəticəli idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində Fəxri Fərmanlarla mükafatlandırılmışlar.

Keçidlər