Masallı rayonunda tütün yığımı kampaniyası davam edir
30 iyul 2021 | 16:00
Masallıda indiyədək sahələrdən 253 ton yaş tütün yığılıb.
Xəbər verdiyimiz kimi ndiyədək 51 hektar tütün sahəsindən 153 ton yaş tütün yığılıb. Bunun 15 tonu qurudularaq tədarük məntəqələrinə təhvil verilib.
Masallı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyevin verdiyi məlumata görə ötən il Masallı rayonunda 51 hektarda tütün əkilib. Məhsul istehsalçıları qəbul məntəqələrinə 83,7 ton qurudulmuş tütün təhvil veriblər.