Şriftin ölçüsü :

Saytın rəngi :

"1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür"

31 iyul 2021 | 16:00

"1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür" adlı tədbir keçirilib.

31 iyul tarixində Masallı Rayon Mərkəzi Kitabxanasında “1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür” adlı tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı Fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Dili Günü kimi qeyd edilir. Artıq 20 ildir ki, ana dilimizlə bağlı bu əlamətdar günü rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qarşılayırıq.

Sonra kitabxana işçilərindən Şəmsurə Nəsirova, Arzu Hüseynova və Rasif Dadaşovun çıxışlarında vurgulanıb ki, ana dili hər bir millətin maddi, mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm vasitədir. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa və onlarla ünsiyyət qurmağa imkan yaradır. Azərbaycan dili milli özünüdərkin formalaşmasında vacib rol oynamışdır. Qeyd olunub ki, ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu baxımdan, ana dilimizin qorunması və sayğı duyulması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.

Keçidlər