Əhmədli kəndində yol abadlaşır
Abadlıq-quruculuq işlərində fəal olan Əhmədli sakinlərinin birgə maliyyə töhfəsi ilə kənd yolları təmir olunur. Xeyriyyə işləri çərçivəsində uzunluğu 2.2 km olan kəndin əsas yolundakı asfalt qalıqları ekskavatorla qazılmış, qreyderlə hamarlanmış, çökək yerlər qum-qravi ilə doldurulmuş, katoklanaraq bərkidilmişdir. Texnika ilə yanaşı sakinlərin əl əməyindən də istifadə olunur.
Kəndin “Qalaça” adlanan hissəsində 350 m, qəbirstanlıq istiqamətində isə 450 m yol cari təmir olunmuşdur.
Bu günə qədər 10 şaqman 5*15 ölçüdə qırmadaş, 20 kamaz qum-qravi qarışığı olan materialdan istifadə olunmuşdur, təmir işləri isə davam etdirilir. Ümumilikdə 2500 mertlik yolun qum-çınqılla əsaslı, təxminən 1.5 km yolun isə cari təmir olunması nəzərdə tutulmuşdur.