Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə hallar sahəsində bilik müsabiqəsi

22 oktyabr 2015 | 15:00

22 oktyabr 2015-ci il tarixdə Masallı şəhər 3 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə rayonun 15 tam orta məktəbləri üzrə fövqəladə hallar sahəsində “Bilik müsabiqəsi” keçirilmişdir.
Fövqəladə hallar zamanı davranış qaydaları, yanğın və texniki təhlüksəzilik qaydaları, eləcə də mülki müdafiə tədbirləri sahəsində məktəblilərin daha da maarifləndirilməsi məqsədilə keçirilən intellektual yarışda FHN Cənub Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən Masallı rayonunun 15 ümumtəhsil müəssisəsinin komandası gücünü sınamışdır.
Tədbirdə çıxış edən natiqlər fövqəladə hallar sahəsində keçirilən intellektual yarışların əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasından, gənclər arasında sağlam həyat tərzinin təbliği, məktəblilərin yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələri, fərdi və kollektiv mühafizə vasitələri, eləcə də ilkin tibbi yardımın düzgün göstərilməsi qaydalarının vacibliyindən geniş bəhs etmişlər.
Yarışın yekunlarına əsasən, “Dəfinə” liseyi I yeri, Türkoba kənd tam orta məktəbi II yeri və Masallı şəhər 1 saylı tam orta məktəbi III yeri tutmuşdur. Fərqlənmiş komandalar diplom və qiymətli hədiyyələrlə təltif olunmuşdur.
Müxtəlif mövzularda hazırlanmış videoçarx, fotoslaydlar, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanmışdır.

Keçidlər