Şriftin ölçüsü :

Saytın rəngi :

“Tariximizi Unutmayaq” mövzusunda onlayn görüş

06 avqust 2021 | 16:00

06 Avqust 2021 ci il tarixində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Tariximizi Unutmayaq” mövzusunda gənclərin iştirakı ilə onlayn görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin sosial-ictimai inkişaf üzrə dərnək rəhbəri Fərid Hüseynov çıxış edərək bildirmişdir ki,Tariximizi unutmayaq, unudulmasına da imkan verməyək.Cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Azərbaycan xalqının mədəni və siyasi dirçəlişindəki rolu əvəzsizdir.
Daha sonra Masallı Dövlət Regional Kollecinin tarix müəllimi İradə İmanbəyli çıxış edərək qeyd etdi ki, Vətənimizdə hər daşın altında bir tarix var,hər bir abidə tarixin ayrı-ayrı səhifələrindən xəbər verir,Azərbaycanlılar həm də dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır.Tarixi Azərbaycan torpaqlarında dövlətçilik ənənələrinin təqribən 5 min illik tarixi var.Bu gün qarşılaşdığımız mənzərə həqiqətən də qürurvericidir.İllərdir, xəyallarını qurduğumuz an gerçəkləşib,otuz illik həsrət artıq sona çatıb, Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşub.Bu möhtəşəm günləri bizlərə yaşadan hər kəsə ,ilk növbədə Ali Baş Komandanın rəhbərliyi altında möcüzələri reallığa çevirən şanlı Azərbaycan Ordusuna eşq olsun,Yaşasın Azərbaycan.Əziz tədbir iştirakçıları zəngin və mədəni irsə malik olan tariximizi qorumalı və gələcək nəsillərə ötürməliyik.

Keçidlər