MASALLI RAYONU ƏRAZİSİNDƏ EPİZOTİK VƏZİYYƏT
Heyvandarlıq məhsullarının artırılmasında mal-qaranın sağlamlığı əsas rol oynayır. Odur ki, rayonun zoobaytar mütəxəssisləri mal-qaranın vaxtında xəstəliklərə qarşı peyvənd edilməsində səy göstərirlər.
Aqrar Xidmətlər Ağentliyi Masallı Rayon Baytarlıq İdarəsinin rəisi Azər Məmmədovun redaksiamıza verdiyi məlumatda bildirilir ki, bu məqsədlə ilin yeddi ayında rayonda qarayaraya qarşı iribuynuzlu heyvanların 73.107 başı, xırdabuynuzluların 90.100 başı, təkdırnaqlıların 600 başı profilaktiki peyvənd edilmişdir.
Nodulyar dermativə, dabağa və quduzluğa qarşı mübarizə mütəmadi davam etdirilir. İlin əvvəlindən 73.235 baş iribuynuzlu, 86.141 baş xırdabuynuzlu heyvan dabağa qarşı, 73.205 baş iribuynuzlu nodulyar dermativə qarşı peyvənd olunmuşdur. 2360 sahibli it quduzluğa qarşı peyvənddən keçmişdir.
Hazırda xırdabuynuzlu heyvanlarda çiçəyə qarşı peyvənd davam etdirilir.
Lepterioz və bruselyoza qarşı peyvəndlər də aparılır.
Rayon ərazisində epizotik vəziyyət sabitdir.