VİLƏŞLİ FERMERLƏRİN MƏHSUL SEVİNCİ
07 avqust 2021 | 16:00
VİLƏŞLİ FERMERLƏRİN İKİ TON MƏHSUL SEVİNCİ
Viləş kəndi ərazisində paxlalı bitkilərin əkin sahəsi ilbəil genişləndirilir. Fermerlər bu il 30 hektara yaxın sahədə noxud yetişdirmişdilər. Artıq məhsul yığımı başa çatıb. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı qeyd edir ki, fermerlərdən Rizvan İbrahimov, Elmar Məmmədov, Atif Hüseynov hər hektardan 2 ton noxud götürməyə nail olmuşlar