Masallıda bitkiçilik məhsulları
Masallı rayonunda 3757.1 hektar sahədən bitkiçilik məhsulları toplanıb
Masallı respublikamızın mühüm kənd təsərrüfatı rayonlarındandır. Zəngin iqlimi, relyefi, əkinə yararlı və məhsuldar torpaqları rayonda kənd təsərrüfatının bir çox sahələrinin inkişafına müsbət təsir göstərib. Rayonda kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün daxili imkanlar çoxdur.
01.08.2021-ci ilə Masallı rayonu üzrə 3757.1 hektar sahədən bitkiçilik məhsulları toplanıb. Əkin sahələrinin 603 hektarını dənli və dənli paxlalı bitkilər, 893.6 hektarını kartof, 1943.3 hektarını tərəvəz və 317.2 hektarı isə bostan bitkiləri təşkil edib.
Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə rayonda 1482.7 ton dənli və dənli paxlalı bitkilər, 15530.8 ton kartof, 48522.9 ton tərəvəz bitkiləri və 4542.2 ton bostan istehsal olunub.