Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Beynəlxalq Gənclər Günü" qeyd olundu

12 avqust 2021 | 16:00

         12 avqust 2021-ci il tarixində Masallı rayon  Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənclər evi” sosial xidmət müəssisəsində 12 avqust-"Beynəlxalq Gəncləri Günü "nə həsr olunmuş “Gəncliyimiz gələcəyimizdir” mövzusunda bir qrup fəal  rayon gəncləri ilə görüş keçirilmişdir

     Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman idarəsinin rəis müavini Oktay Mütəllimov açaraq gəncləri “Beynəlxalq Gəncləri Günü" münasibətilə təbrik edərək, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu nəzərə çatdıran Oktay Mütəllimov gənclərin cəmiyyətimizin fəal qurucularına çevrildiyini, ictimai-siyasi həyatda fəallığının getdikcə artdığını xüsusi vurğuluyaraq, bildirdi ki,  sentyabrın 27-dən başlayan, 44 gün davam edən Vətən Müharibəsində gənclərimiz qəhrəmanlıq göstərərək torpaqlarımızı düşmən tapdağından azad edərək tariximizin ən parlaq səhifəsini yazmış, xalqımızın iftixar və qürur mənbəyinə çevrilmişdirlər. Gənclərimiz qüdrətli sərkərdə və müzəffər Ali Baş komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdilər.
         Tədbirdə Masallı rayon Ehtiyyatda olan zabitlər konfedirasiyasının sədr müavini I Qarabağ və Vətən müharibəsinin iştrakçısı ehtiyyatda olan zabit Camaləddin Məmmədov ,Uşaq Gənclər İdman Məktəbinin direktotu Cümşüd Müzəffərli, Vətən müharibəsi qazisi Masur Səvərov,Ağakişili Əşrəf, çıxış edərək  gəncləri "12 avqust –Beynəlxalq Gəncləri Günü" münasibətilə təbrik edərək, uğurlar arzulayıblar.
      Sonda rayonun sosia-ictimai həyatında və dövlət gənclər siyasətinin həyata keçirilməsində aktiv iştirak edən bir qrup gənc Masallı  rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif olundular.

Keçidlər