Masallı rayonunda əhalinin sayı
13 avqust 2021 | 16:00
Masallı rayonunda əhalinin sayı 229,5 min nəfər olmuşdur. Əvvəlki altı ayda...
2021-ci ilin əvvəlinə Masallı rayon əhalisinin sayı 229,0 min nəfər olmuşdur.
1 iyul 2021-ci ilə 0,5 min nəfər artaraq 229,5min nəfərə çatmışdır .
Masallı Rayon Statistika İdarəsindən verilən məlumata əsasən doğulanların sayı 1256 nəfər, ölənlərin sayı 746 nəfər, nigahların sayı 378 nəfər, boşanmaların sayı 219 nəfər olmuşdur.Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 11,0 nəfər, ölənlərin sayı 6.6 nəfər, nigahların sayı 3,3 nəfər, boşamaların sayı isə 1,9 nəfər olmuşdur.