Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Zəngilanın işğalının 22 illiyinə həsr olunmuş tədbir

27 oktyabr 2015 | 16:00

27 oktyabr  2015-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Masallı rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Zəngilan rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalının 22 illiyinə həsrolunmuş tədbir  keçirilmişdir.
  Tədbirdə münaqişə zamanı həlak olan zəngilanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirdi ki, Azərbaycanın dilbər guşələrindən olan bu rayon erməni işğalçıları  tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunmuşdur. İşğaldan əvvəl rayon düşmən tərəfindən bir neçə gün mühasirədə saxlanılmışdır. Həmin çətin məqamlarda ulu öndər Heydər Əliyev  İran İslam Respublikası ilə danışıqlar aparmış, bu danışıqların nəticəsi olaraq əldə edilən razılaşmaya əsasən Araz çayının suyunun azaldılması təmin edilmiş və zəngilanlıların İrana keçməklə düşmən  mühasirəsindən xilası mümkün olmuşdur. Bu gün doğma Vətən, torpaq həsrəti ilə yaşayan zəngilanlılar respublikamızın ayrı-ayrı şəhər və rayonlarında məskunlaşmışlar.Zəngilanın, onun qəsəbə və kəndlərinin, çoxlu sayda səhiyyə, təhsil müəssisələrinin, digər sosial obyektlərin düşmən tərəfindən zəbt edilərək talan olunduğunu bildirən C.Manafov, eyni zamanda, mənəvi itkilərin daha çox, daha dəhşətli olduğunu xatırlatmışdır. Bildirilmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Zəngilan 233 şəhid vermişdir. Digər bölgələrdən  olan onlarla Vətən övladı da rayonda gedən döyüşlərdə doğma torpaq yolunda canından keçdiyini bildirən Camal Manafov  düşmən tərəfindən zəbt edilmiş bütün torpaqlarımızın dövlət başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində tezliklə azad ediləcəyinə əminliyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək və doğma yurd-yuvasından didərgin düşmüş qaçqınlar və məcburi köçkünlər öz torpaqlarına dönəcək, ədalət qalib gələcəkdir    
        Tədbirdə  Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Oktay Mütəllimov,  Təhsil şöbəsinin metodistləri tarixçi Əyyar  Burhanov  , Masallı rayon  ehtiyyatda  olan zabitlər konfederasiyasının sədirinin birinci müavini  Camaləddin Məmmədov çıxış edərək  Zəngilanın tarixi, mədəniyyət abidələri işğala qədər və işğaldan sonrakı vəziyyəti baradə məruzə ilə çıxış etdilər. Onlar, məruzəsində Zəngilanın 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunduğunu, rayonun işğal olunmazdan qabaq eməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alındığını və on minlərlə insanın qırılmaq təhlüksi il üz-üzə qaldığını bildirdilər.
      Daha sonar tədbirdə fəal gənclərdən Xanlar Ağayev , Cümşüd Müzəffərli və başqaları  çıxış edərək  Azərbaycan Respubilkasının Prezidenti Cənab İlham Əliyevin apardığı məqsədyönlü, prinsipial, vətənpərvər siaysət nəticəsində ermənilərin bölgədə həyata keçirilən bütün inkişaf və qlobal layihələrdən kənarlaşdırıldığını, Azərbaycan ordusuna ayrılan vəsaitin Ermənistanın dövlət büdcəsini bir neçə dəfə üstələdiyini qeyd etdi, işğal olunmuş torpaqlarımızın tezliklə azad olunacağına əminliyini bildirdilər.
Tədbirin sonunda iştrakçılara Masallı  rayon Gənclər və İdman İdarəsini tərəfindən hazırlanmış  braşuralar paylanıldı.

Keçidlər