Masallıda yay şumu davam edir
15 avqust 2021 | 16:00
Masallı rayonunun təsərrüfatlarında 1390 hektar sahədə yay şumu vurulub
Taxıl yığımı başa çatdıqdan sonra Masallı rayonunun təsərrüfatlarında payızlıq əkinlərin səpini üçün yay şumunun vurulmasına başlanılıb. 1 avqust 2021-ci ilədək təsərrüfatlarda 1390 hektaradək sahədə yay şumu aparılıb.
Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə cari ildə rayonda gələn ilin məhsulu üçün 12 min 500 hektaradək sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.