Masallı şəhərində uşaq bağçasının tikintisi gündən-günə sürətlənir
Ölkəmizdə hər il onlarca uşaq-tərbiyə müəssisəsi tikilib istifadəyə verilir. Bu sahədə artıq Masallıda da uğurlu addımlar atılır. Xeyirxah masallılı sahibkarlar öz təşəbbüsləri ilə ərazilərdə yeni-yeni binaların bünövrəsini qoyurlar. Bu təşəbbüslər rayon rəhbərliyi və əhali tərəfindən alqışlanır.
Masallı şəhər Qarabağ küçəsində 140 yerlik 4 nömrəli yeni körpələr evi — uşaq-tərbiyə müəssisəsinin tikintisinə 15 may 2021-ci il tarixdən başlanmışdır. Tikinti obyektində inşaatçılar işlərini günün tələbləri səviyyəsində yerinə yetirir, uşaq bağçasının tikintisini gündən-günə sürətləndirirlər.
İkimərtəbəli, yaraşıqlı bağçada uşaqların əylənməsi üşün hər cür şərait yaradılacaqdır.
Qeyd edək ki, təməli qoyulan uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə Milli Məclisin deputatı Məşhur Məmmədov, Heydər Əliyev Fondunun gənc təmsilçiləri Məntiq Məmmədov və Mədinə Şahbazova tərəfindən inşa olunur.