Masallıda növbəti onlayn müşavirə keçirildi
16 avqust 2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının geniş tərkibdə onlayn müşavirəsi keçirilib. Müşavirədə 9 avqust 2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən iclasda tapşırılan işlərin nəticəsi bir daha müzakirə olunub.
Masallı RİH başçısı cənab Şahin Məmmədov, aparatının əməkdaşları, Milli Məclisin deputatı, Professor Anar İsgəndərov, hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, dini icma sədrləri və imamları, fəal gənclər, ağsaqqallar, digər ictimaiyyət nümayəndələri və «Yeni həyat» qəzetinin Baş redaktorunun iştirak etdiyi növbəti virtual müşavirədə rayon rəhbəri əsasən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin vaksinasiya olunmasının sürətləndirilməsi ilə bağlı görülmüş və görüləcək işlərin geniş məlumatı verildi. — Yoluxanlar peyvənd olunmayanlardır. İndiyə kimi 496 dövlət qulluğunda çalışan məsul şəxslər, özəl təşkilatlarda çalışan 3141 nəfər, Ünvanlı Sosial Yardım alanlardan 2368 nəfəri peyvənd olunmayıb. Əlbəttə, yaxşı işləri əlimizdən alan yoxdur; yaxşı işlər bizimdir. Ölkə rəhbəri hər bir vətəndaşının qayğısına qalır ki, insanlar tez bir zamanda peyvənd olunsunlar. Bu, hər bir vətəndaşa, hər bir masalılıya aiddir...-deyə rayon rəhbəri qeyd edib.
Təhsildəki uğurlardan bəhs edən icra başçısı Masallı şəhər 5 nömrəli məktəbini bitirən və rayonda birincilik əldə edib, 678,7 qiymət balı toplayan Nəzrin Elvin qızı Həmzalını, ona dərs demiş müəllimləri və valideynlərini təbrik edərək, videoiclasda 600 və ondan yuxarı bal toplayan digər məktəblərin-Mahmudavar, Köçəkli, Binə Xocavar, Yeddioymaq 1 nömrəli, Köhnə Alvadı, Sərçuvar kənd, «Dəfinə» və şəhər 3 nömrəli, Qızılavar kənd, Boradigah qəsəbəö 2 nömrəli, Sığıncaq, Yeyənkənd kənd, Ərkivan qəsəbə 4 nömrəli, Təzə Alvadı 1 nömrəli, Qarğalıq, Mollahəsənli, Şatıroba, Banbaşı, Göyəçöl və Qasımlı kənd oirta məktəbləri məzunlarının adlarını da sıra sayı ilə elan edib, onları təbrik etdi, gənclərə xoş gələcək arzuladı.
Videomüşavirədə Masallı rayon Prokuroru Vəli Mustafayev, Dövlət Təhlükəsizlik Xidməti rayon şöbəsinin rəisi Emin Süleymanov, payon polis şöbəsinin rəisi əvəzi, polis polkovnik-leytenantı Elvin Əzimov və başqaları pandemiya, Məhərrəm ayı və “Aşura” günlərində də vətəndaşları ehtiyatlı olmağa çağırıblar. Qanunun hər bir vətəndaşa aid olduğunu bildirən məsul şəxslər, əhali sayı 50 nəfərə qədər nəzərdə tutulan mərasimlərdə yaşı14-dən aşağı uşaqların məscidlərə buraxılmaması və məscidlərdə ehsan verilməməsi qaydasını bir daha gündəmə gətirib, reydlərdə nizam-intizamı gözləmələrini və müzakirə olunan məsələlərin ciddiliyini tədbir iştirakçılarına bir daha çatdırıblar.
İclasın sonunda RİH başçısı Ş.Məmmədov ərazi nümayəndəliklərinə, bələdiyyələrə, kənd təsərrüfatı işlərini yerinə yetirən
mütəxəssislərə, məktəb direktorlarına yerlərdə əl-ələ verib, işlərinin öhdəsindən layiqincə gəlməyi tələb etdi.