Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda ət və süd istehsalı artıb

16 avqust 2021 | 16:00

Masallı rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. 2021-ci ilin yeddi ayında da heyvandarlıq sahəsində uğurlu nəticələr qazanılıb. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.

Rayon statistika idarəsindən  bildiriblər ki, 2021-ci ilin yanvar-iyul aylarında təsərrüfatlarda 4109.9 ton ət, 29085.7 ton süd istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 0.4 faiz, süd istehsalı 0.3 faiz artıb.

Keçidlər