Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı rayon təşkilatının X hesabat konfransı keçirilib

17 avqust 2021 | 16:00

Avqustun 17-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevin hesabat məruzəsi dinlənilib. S.Əliyev bildirib ki, müstəqil Azərbaycan Respublikasının banisi, ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyət və sədaqətlə davam etdirilməsi nəticəsində ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir.
S.Əliyev qeyd edib ki, hazırda rayon təşkilatının 11363 nəfər üzvü var. Onların 3543 (31.2%) nəfərini qadınlar, 3416 (30%) nəfərini gənclər təşkil edir.
Sonra YAP Masallı rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Baba Həsənov hesabat məruzəsi ilə çıxış edib.
Müzakirələr zamanı çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtim Qarayev, rayon təşkilatının Şura üzvləri - Masallı Dövlət Regional Kolleci ərazi partiya təşkilatının sədri Vidadi Nəzərov, Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədri, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva hesabat dövründə görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, son 18 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi illər ərzində Yeni Azərbaycan Partiyası öz proqramında nəzərdə tutulan vəzifələri layiqincə yerinə yetirib. Bu baxımdan, VII qurultayda qəbul olunmuş qərarlar, partiyamızın Sədri, Prezident İlham Əliyevin qurultayda qarşıya qoyduğu tövsiyə və tapşırıqlar hər bir partiya üzvü üçün yeni vəzifələr müəyyənləşdirir.
Dünyaya səs salan, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandıran Zəfərimizin yaratdığı reallıqların gerçəkləşməsində Yeni Azərbaycan Partiyasının rolundan bəhs edən  Ə.Tağıyev YAP Masallı rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Masallı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Keçidlər