Masallıda Sağlam həyat mövzusunda maarifləndirici tədbir
27 oktyabr 2015-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sağlam həyat ( regionlarda zərərli vərdişlərin profilaktikası) mövzusunda maarifləndirmə tədbiri kecirmişdir.
Tədbiri giriş sözü ilə Masallı rayon Gənlər və İdman idarəsinin rəisi Camal Manafov açaraq tədbir iştirakcılarını salamladı və mövzunun əhəmiyyəti barədə tədbir iştirakcılarına geniş məlumat verdi. Təşkilatın İcracı direktoru Tələt Qəribov problemin aktuallığından və onun fəsadları barədə geniş məruzə ilə cıxış etdi. Rayon Ağsaqqallar Şürasının sədr müavini Ələşrəf Niftiyev cıxış edərək dövətimizin bu problemlərin həllində gördüyü işlərdən danışdı və bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən bəhs edərək, belə tədbirlərin davamlı xarakter daşımasını arzuladı.
Tədbirdə rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Habil Sadiqov, rayon Təhsil şöbəsinin əməkdaşı Əyyar Burxanov və ekspert Sadiq Həsənov mövzü ətrafında cıxışlar etmişdilər.
Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər, papaq və köynəklər paylanmışdır.