Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc heykəltaraş Səfəralı Məmmədovun büstünü hazırladı

18 avqust 2021 | 16:00

Gənc heykəltəraş Müstəqil Balayev Vətən müharibəsi mövzusuna tez- tez müraciət edir.
Bu dəfə o, Azərbaycanın ilk Milli qəhrəmanlarından olan Səfəralı Məmmədovun  büstünü yaratmışdır.
Qeyd edək ki, şəhid Səfəralı Məmmədov 1990-cı ildə Ağdam Rayon Daxili İşlər Şöbəsində post patrul batalyonunda tağım komandiri olub. 1992-ci ilin fevralın 16-da Xocavənd rayonunun Qaradağlı kənd sakinlərini xilas edən zaman onun komandir olduğu tağım minaya düşüb. İgid döyüşçü aldığı xəsarətlərdən 29 yaşında dünyasını dəyişib.
Milli Qəhrəman doğulub boya-başa çatdığı Masallı rayonunun Sərçuvar kəndində dəfn olunub. Ona 1992-ci ildə ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Qəlbində daim Vətən məhəbbətini yaşadan və bu hissi hər şeydən üstün tutan gənc heykəltəraşa yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Keçidlər