XƏBƏRSİZ MEŞƏLƏRƏ ÜZ TUTMAYIN…
Qışa hazırlıq məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
Belə ki, oduncaq tədarükü ölkə üzrə olduğu kimi, Masallı rayonunun Yeyənkənd meşə ərazisində də həyata keçiriləcək.
Tədarük olunan oduncaq Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, təhsil, səhiyyə müəssisələrinə və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinə dəyəri ödənilməklə verilir. Oduncaq tədarükü həyata keçiriləcək meşə sahələri barədə ictimaiyyətə mütəmadi məlumat veriləcəkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi oduncağa ehtiyacı olan qurumlara və əhaliyə çağırış edərək onlardan xahiş edib ki, odun yanacağına olan təlabatlarını ödəmək üçün meşələrə üz tutmasınlar, müvafiq qaydada regional meşə təsərrüfatı mərkəzlərinə müraciət etsinlər.