Masallıda qayda pozan sürücələrə qarşı reyd keçirilib
Masallıda qayda pozuntularına yol verən sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb
Masallı rayonunda avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə növbəti reyd təşkil olunub.
Reyd zamanı sürücülərlə bir daha izahat işləri aparılaraq onların diqqətinə çatdırılıb ki, istifadələrində olan avtonəqliyyat vasitələrinin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.
Müəyyən olunmuş standartlara cavab verməyən avtomobillərin sürücüləri inzibati qaydada cərimələniblər.
Reyd zamanı, həmçinin yol polis əməkdaşları tərəfindən ictimai nəqliyyatda tibbi maskadan istifadə ilə bağlı tələbləri pozan sürücü və sərnişinlər, idarə etdiyi nəqliyyat vasitəsinə konstruksiya dəyişikləri edənlər, avtomobili sürücülük hüququ olmadan idarə edənlər aşkarlanıb.
Müxtəlif qayda pozuntularına yol verən sürücülər barəsində qanuna müvafiq tədbirlər görülüb.