Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Azərbaycan Qızıl Aypara Cəmiyyəti maarifləndirmə tədbiri keçirib

19 avqust 2021 | 16:00

COVID-19 pandemiyası ilə əlaqədar Masallıda maarifləndirmə tədbiri keçirilib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlılığının güclənməsi və yeni növ koronavirus (COVID-19) pandemiyası layihəsi çərçivəsində Masallı rayon bölməsində görüş keçirib.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin redasksiyasına verilən məlumata görə, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihə zamanı rayonda monitorinqlər və könüllülərlə birgə təlimlər aparılıb.

Görüşlər zamanı əməkdaşların və könüllülərin gördükləri işlərin hesabatları dinlənilib və gələcək planlar müzakirə edilib.

Rayon bölmələrinə COVID- 19 pandemiyasının qarşısının alınması məqsədilə əhali arasında yayımlamaq üçün tibbi maskalar, spirt, üz üçün sipərliklər, gigiyenik vasitələr, ilk yardım çantaları və çap materialları, buklet və broşürlər paylanılıb.

Keçidlər