Bədəlan ərazisində yolun genişləndirilməsi işləri
Bədəlan kənd xeyriyyəçilərinin təşəbbüsü ilə ərazinin Aşurlu ilə Çayqiraq yolunun üstündə, sərt döngə ərazisində yolun genişləndirilməsi işləri başa çatıb. Belə ki, asfalt yolu 1,5 metr genişləndirilib, yolun digər hissəsi daş-cingilla örtülüb.
Bədəlan kənd sakinlərii Məhərrəmlik ayında savab işlərdə fərqlənən, gecə saatlarınadək köməklik edən vətəndaşlara təşəkkür edir, onlara Allah razı olsun, deyirlər. Sakinlər həmçinin yol abadlıq işinə maddi köməklik göstərən, Rusiya Federasiyasının Moskva şəhərində və Qazaxıstan Respublikasında fəaliyyət göstərən həmvətənlərimizə dərin təşəkkürünü bildirir. Onlar Masallı Yol idarəsinin işçilərinə də minnətdarlıq bildirirlər.
Qeyd etmək yerinə düşər ki, əvvəllər həmin ərazidə sərt döngə yolunun eninin az olması bir çox avtoqəzalar baş verməsinə səbəb olurdu. Hazırda həmin problem aradan qaldırılıb.
Yaxın günlərdə piyada yolunun hazırlanması üzrə işlər davam etdiriləcək.