Masallıda “Nizami“ filminin nümayişi
Avqustun 20-də Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında "Nizami Gəncəvi ili"elan edilməsi haqqında sərəncamına əsasən Masallı Rayon Heydər Əliyev Mərkəzinin 3D kinozalında karantin rejiminin tələblərinə riayət olunmaqla rayonun gəncləri üçün “Nizami“ filmi nümayiş olunub.
Film Nizami Gəncəvinin həyat və yaradıcılığının ayrı-ayrı mərhələlərini ekranda canlandırır. Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığı xalqımızın mənəvi həyatının əvəzolunmaz bədii nailiyyəti, qədim Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin ən parlaq səhifələridir.
Film gənclərə bədii söz ustasının həyat və yaradıcılığı ilə yaxından tanış olmağa, Nizami irsinin Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatına təsirini öyrənməyə kömək edir.