Fasiləsiz yağan yağış bir sıra fəsadlar törətdi
23 oktyabr tarixindən başlayaraq fasiləsiz yağan yağış nəticəsində rayonun Mahmudavar, Türkoba, Boradigah, Bədəlan, Lürən, Sərçuvar, Güllütəpə, Köhnə Alvadı, Təzə Alvadı, Təklə, Kalinovka, Öncəqala, Hüsüynhacılı və Xırmandalı ərazilərində vətəndaşların fərdi yaşayış evlərinə və şəxsi təsərrüfatlarına ziyan dəymişdir. Boradigah ərazisində 60, Türkoba ərazisində isə 41 evi su basmışdır. O cümlədən Təklə kəndində 65 ailə, Xırmandalı kəndində 60 ailə, Əhmədli kəndində 30 ailələr daşqın nəticəsində Fövqəladə Hallar nazirliyinin regional şöbəsinin köməkliyi nəticəsində təhlükəsiz yerlərə köçürülmüşlər.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Təklə ərazisində 15, Əhmədli kəndində 3 ailə qayıqların vasitəsi ilə təxliyə olunmuşlar.
Hal hazırda rayon Fövqəladə Hallar komissiyası və texnika hadisə yerlərinə baş vermiş fəsadları aradan qaldırır. Görülən tədbirlərə baxmayaraq aramsız yağan yağış nəticəsində suyun səviyyəsi artır.