Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 3757 hektar sahənin məhsulu yığılıb

22 avqust 2021 | 16:00

Bu ilin birinci yarısında Masallı rayonunda 3757,1 hektar sahədən bitkiçilik məhsulları yığılıb. Əkin sahələrinin 603 hektarını dənli və dənli paxlalı bitkilər, 893,6 hektarını kartof, 1943,3 hektarını tərəvəz və 317,2 hektarını isə bostan bitkiləri təşkil edib.

Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə 2021-ci ilin altı ayında rayonda 1482,7 ton dənli və dənli paxlalı bitkilər, 15530,8 ton kartof, 48522,9 ton tərəvəz bitkiləri və 4542,2 ton bostan məhsulları istehsal olunub.

Keçidlər