Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA ƏMƏK BAZARI

26 avqust 2021 | 16:00

      2021-ci ilin yanvar-iyun aylarında Iqtisadi fəal əhalinin sayı 111192 nəfər olmuşdur.

Iqtisadi fəal əhalinin 15.1 faizi və ya 16754 nəfəri şəhər, 84,9 faizi və ya 94438 nəfəri kənd əhalisidir. Mövcud Iqtisadi fəal əhalinin 101414 nəfəri məşğul  əhalidir. Məşğul əhalinin 15 faizi və ya 15180 nəfəri şəhər, 85 faizi və ya 89234 nəfəri kənd əhalisidir.İlkin hesablanmaya əsasən 2021-ci ilin yanvar-iyun aylarında muzdla işləyənlərin orta siyahı sayı 15230 nəfər olmuşdur.
      Muzdla işləyənlərin 8029 nəfəri (52,7 faizi ) dövlət, 7201 nəfəri (47,3 faizi ) qeyri dövlət bölməsində çalışanlardır.
        İşləyənlərin orta aylıq əməkhaqqı əhalinin həyat səviyyəsinin yüksəlməsini təmin edir. İşçilərin orta aylıq əməkhaqqı artımı əsasən dövlət büdcəsindən maliyyələşən işçilərin aylıq vəzifə maaşlarının hesabına və son illər digər sahələrdə əməkhaqqının artması nəticəsində olmuşdur.

Keçidlər