Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA BAL SÜZÜLÜB QURTARIB...

26 avqust 2021 | 16:00

Respublika Arıçılar Assosiasyası Masallı rayon şöbəsinin sədri, Masallı rayonunun Təklə kənd sakini Səmədağa Həsənovdan aldığımız məlumatda bildirilir ki, arıçılıqda bal süzümü mövsümü başa çatmışdır. Bu il nəticələr ürəkaçan olmasa da Təklə, Qarğalıq, Viləş, Türkoba ərazilərində məhsul bol olmuşdur.
Hazırda arı ailələrində xəstəliklərə qarşı profilaktiki tədbirlər həyata keçirilir. Bəzi zəif ailələr birləşdirilir. Dezinfeksiya işi aparılır. Bu tədbirlər də arıçılıqda növbəti mövsümdə yaxşı nəticələr qazanmağa imkan verəcəkdir.

Keçidlər