Şriftin ölçüsü :

Saytın rəngi :

ÖNCƏQALA ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ

28 oktyabr 2015 | 16:00

Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 28 oktyabr 2015-ci il tarixdə Öncəqala ərazisində keçirilmişdir. Öncəqala ərazisi Öncəqala və Hüseynhacılı yaşayış məntəqələrini əhatə edir. Ərazinin 3501 nəfər əhalisi və 1124 ha  torpaq sahəsi vardır.

  Həmçinin ərazidə 2 tam orta məktəb, 2 tibb məntəqəsi, 1 klub, 1 kitabxana, 1 EATS və 1 kənd poçtu fəaliyyət göstərir.

           Öncəqala ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.

          Kənd ağsaqqallarından Mahmud Əsgərov, Yusif İmanov kənd ziyalılarından Nazil Qurbanov, Yadigar Şəmmədov kənd sakinlərindən Siddiqə Abuşova, Güldanə Məmmədova gənclərdən Nahid Novruzov, Sədyar Şəmmədov və başqaları  çıxış edərək  Öncəqala və Hüseynhacılı kəndlərinin mərkəzi yolunun çınqılla hamarlanmasına, ərazidə su aparıcı kanalların təmizlənməsinə, əraziyə təbii qaz xətiinin çəkilməsi və istismara hazırlanmasına, Hüseynhacılı kəndində elektrik xətt təsərrüfatındakı problemlərin həllinə və ərazidə yaşıllığın salınmasına görə  kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

  Sonra sakinlər ərazidə kənd ara yollarının qumlanmasına, ərazidə yeni yaşıllıqların salınmasına, ərazidə elektrik xətt təsərüfatının yenilənməsinin davam etdirilməsinə və ərazidə istirahət mərkəzinin tikintisinə köməklik göstərilməsini xahiş etmişlər.

            Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər